Tam kurs + müntəzəm baxım prosedurları sizə uzunmüddətli aydın cavanlaşdırıcı təsirdən həzz almağa və baxımlı olmağa imkan verəcəkdir.
Heykəl üz masajı üzün aydın konturunu, dəri elastikliyini qorumaq, qırışlar və yaşla bağlı digər dəyişikliklərlə effektiv mübarizə aparmaq istəyənlər üçün plastik cərrahiyyədən qurtuluşdur. Bu, “qeyri-cərrahi üz qərməsi” adlandırılan xüsusi bir texnikadır. Bu masaj növü də tez-tez plastik adlanır, çünki bir çox cəhətdən onun təsiri plastik üz gərməsinin nəticəsinə bənzəyir.
Prosedur dərini yiğmağa, əzələləri gücləndirməyə, üzdəki qırışları və qıvrımları hamarlaşdırmağa imkan verir. Bu üz korreksiyası məqsədilə əzələlərin dərindən işlənilməsi ilə dəriyə mükəmməl təsir etmək üsuludur. Heykəl üz masajı kursu dərialtı yağ toxumalarının əhəmiyyətli dərəcədə azaltmağa köməklik edə bilər.
Heykəl üz masajı üsulunun effektivliyi Avropada və dünyanın inkişaf etmiş ölkələrində rəsmi olaraq tanınır. Heykəl üz masajı üsulları qarşıya qoyulan məqsəddən asılı olaraq dəyişə bilər. Yaşla bağlı dəyişikliklərin qarşısını almaq üçün müntəzəm olaraq ayda 2 seans heykəl üz masajı təyin edilir. Prosedur təxminən 80 dəqiqə davam edir. Effektivliyi artırmaq və maksimal liftinq nəticəyə nail olmaq üçün masaj zamanı üzə fərdi seçilmiş kosmetik preparatlar tətbiq olunur. Qadınlara 6-10 seans daxil olmaqla, heykəl üz masajı kursu təyin edilir. Xüsusi hallarda prosedurların sayı artırıla bilər. Nəticəni saxlamaq vacibdir, bu səbəbdən ildə 2 dəfə heykəl üz masajı kursla kecırilir.
Dərin mio-fassiyal masaj kursundan sonra oynaqların hərəkətliliyi və əzələ tonusu bərpa olunur, əzələ gərginliyi aradan qaldırılır, narahatlıq və ağrı tədricən azalır. Dərin fassiya müalicəsi seansından sonra masaj bölgəsində dərinin qısa müddətli qızartıları, əzələlərdə yüngül seğirmələr, titrəmələr ola bilər. Bu, tamamilə təhlükəsizdir və bədənin dəyişikliklərə normal reaksiyasıdır.
Bütün ağ və qara nöqtələri təmizləyərkən, sizi daha az narahat edən xüsusi alətdən istifadə edirik və dərinizi hamarlaşdıracaq və qidalandıracaq maska tətbiq edirik.